Maliyyə Nazirliyi işsiz kimi qeydiyyata alınan şəxslərə birdəfəlik ödəmənin verilməsi üçün 38 milyon manat məbləğində ilk maliyyələşmə tranşını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə köçürüb.
“38 milyon manat məbləğində ilk maliyyələşmə tranşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə köçürülüb”, - deyə Maliyyə Nazirliyinin məlumatında bildirilir.
Bu vəsait işsiz kimi qeydiyyata alınan 200 min şəxsə ödəniləcək. Ödənişin məbləği 190 manatdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2020-ci ilin aprel-may aylarında bu məqsədlər üçün dövlət büdcəsindən 70 milyon manat alacaq.*
A.Əzizov