2019-cu ilin yekunları üzrə Azərbaycanın maliyyə sisteminin dərinliyi 47,8 milyard manat və ya ÜDM-nin 58,5%-ni təşkil edib. Bu barədə hökumətin 2019-cu ilə dair hesabatında qeyd olunur.
2018-ci ilin yekunları üzrə Azərbaycanın maliyyə sisteminin dərinliyi ÜDM-nin 56,8%-ni təşkil edib.
“Ötən ilin yekunları üzrə Azərbaycanın maliyyə sisteminin aktivləri 47,8 milyard manat və ya ÜDM-nin 58,5%-i səviyyəsində (qeyri-neft ÜDM-nin 94,8%-i) qiymətləndirilir. Eyni zamanda, maliyyə sisteminin aktivlərinin 68,8%-i (2018-ci ilin yekunları üzrə 65,8%-i) bankların payına düşüb”, - deyə hesabatda bildirilir.
2019-cu ildə bankların aktivləri 2018-ci ilin göstəricisi ilə müqayisədə 6,5% artıb.
Maliyyə sektorunun aktivlərinin strukturunda 28,2% bank olmayan kredit təşkilatlarının (BOKT) payına düşür.
Sığorta sektoru və investisiya şirkətlərinin maliyyə dərinliyinə töhfəsi cüzidir və müvafiq olaraq 2,9% və 0,1% təşkil edir.
2019-cu ilin sonuna Azərbaycanda 30 bank, 22 sığorta şirkəti, 8 investisiya şirkəti və 88 BOKT fəaliyyət lisenziyasına malik olub.*
Ə.Məmmədov