Aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçiriləcək.Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Zirvə görüşü Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək”, - deyə məlumatda bildirilir.
Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunacaq.*
N.Abbasova