OPEC+ videokonfransı çərçivəsində neft bazarında vəziyyətin təhlili ilə bağlı çıxışlar edilir. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri, energetika nazirinin müşaviri Zəminə Əliyeva bildirib.
"Hazırda nümayəndə heyətlərinin üzvləri çıxış edirlər. Neft bazarındakı vəziyyətin təhlili görüş iştirakçılarının diqqətinə çatdırılır. Müzakirələr hələ başlamayıb", - deyə o qeyd edib.*