2019-cu ilin yekunları üzrə “Standard Insurance” sığorta şirkətinin xalis zərəri 1 mln. 773 min 794,54 manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Xəbər verildiyi kimi, 2018-ci ilin yekunları üzrə şirkətin xalis zərəri 1 milyon 23 min 938,76manat təşkil edib. Beləliklə, 2019-cu ildə şirklət xalis zərəri 73,2% artırıb.
Şirkətin audit yoxlaması ilə təsdiqlənmiş maliyyə hesabatına əsasən, ötən il “Standard Insurance” şirkətinin gəlirləri 11 mln. 483,287 min manat, o cümlədən əldə edilən sığorta haqları 14 mln. 55,822 min manat (2018-ci illə müqayisədə artım 8,3% - İF), subroqasiyadan əldə edilən gəlirlər 145,74 min manat təşkil edib. Hesabat dövrünbdə şirkətin mənfi xalis ehtiyatları 2 milyon 904,678 min manat təşkil edib, bu da gəlirliliyin azalmasına gətirib. Hesabat ili ərzində qalan gəlirlər digər maddələrin payına düşür.
2019-cu ildə şirkətin xərcləri 13 mln. 257,082 min manata bərabər olub. Həmçinin sığorta ödənişlərinin həcmi 5 mln. 461,711 min manat (2018-ci illə müqayisədə artım 46% - İF), təkrarsığortaya verilən risklər 1 mln. 131,82 min manat, sığorta fəaliyyətinin aparılmasına çəkilən xərclər 6 mln. 379,975 min manat təşkil edib. Qalan xərclər digər maddələrin payına düşür.
2019-cu ildə sığorta şirkətinin aktivləri 6% - 18 mln. 355,18 min manatadək, öhdəlikləri 10% - 13 mln. 282,055 min manatadək artıb, məcmu kapitalı 3,3% - 5 mln. 73,125 min manatadək azalıb.
Ötən il şirkətin banklarda yerləşdirilən depozitlərinin həcmi 3,8 dəfə - 1,296 mln. manatadək artıb.
“Standard Insurance” sığorta şirkəti Azərbaycanın sığorta bazarında 2002-ci ilin oktyabr ayından fəaliyyət göstərir. Şirkət 28 icbari və könüllü sığorta növü üzrə xidmət göstərir. **
Ə.Məmmədov