Azərbaycan prezidenti İlham Əliyev cümə günü “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə qoşulmaq haqqında qanun imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Milli Məclisin 2020-ci il martın 30-da keçirilən plenar iclasında "Quru limanları haqqında" Hökumətlərarası Saziş ratifikasiya edilib.
Sənəddə nəzərdə tutulan qeydə əsasən, onun müddəaları Ermənistana münasibətdə Azərbaycan tərəfindən tətbiq edilməyəcək. “Azərbaycan sazişin müddəalarının ölkənin Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yerinə yetirilməsini təmin edə bilməz", - qeyddə vurğulanır.
Sənədin imzalanması 2013-cü il noyabrın 7-də Banqkok şəhərində baş tutub.
Sənədlə “qulu limanlar” sisteminin yaradılması nəzərdə tutulur. Söhbət logistika kompleksindən gedir. **
B.Rüstəmbəyov