Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 238 əcnəbi vətədaşın adını “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”na daxil edib.
“2019-cu ildə Azərbaycan 238 əcnəbi vətədaşın adını Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısına daxil edib. Rəsmi xəbərdarlığa baxmayaraq, həmin şəxslər rəsmi Bakının icazəsi olmadan işğal olunmuş ərazilərə səfər ediblər”, - “İnterfaks-Azərbaycan”a hökumətdən məlumat verilir.
Eyni zamanda, 2014-2019-cu illərdə bu siyahıdan 54 nəfərin adı çıxarılıb. Həmin şəxslər işğal edilmiş ərazilərə qanunsuz səfərə görə Azərbaycandan üzr istəyiblər. **
A.Əzizov