Azərbaycan və Rusiyanın İnsan Hüquqları üzrə yeni Müvəkkilləri Səbinə Əliyeva və Tatyana Moskalkova videokonfrans əlaqəsi formatında söhbət aparılblar.
“Tatyana Moskalkova və Səbinə Əliyeva insanhüquqlarının müdafiəsi sahəsində məsələlərin geniş dairəsi, o cümlədən əməkdaşlıq perspektivləri müzakirə olunub. Söhbət işçtirakçıları koronavirus pandemiyası şəraitində insan hüquqlarının müdafiəsinə xüsusi diqqət ayırıblar”, - RF Ombudsmanın məlumatında qeyd olunur.
“Biz “qaynar xəttlər”, həmçinin internet qəbullar açdıq. Onlar vasitəsilə fasiləsiz vətəndaşların müraciətləri qəbul olunur və onlara zəruri məsləhətlər verilir”, - Moskalkova bildirib.
O, həmçinin bu dövrdə daxil olan müraciətlərion mövzusu barədə məlumat verib. “Maska, dərman vasitələrinin çatışmazlığı, əmək rejiminin pozulması, həbsxanalarda vəkillərə çıxış və dərmanla təchizatla bağlı daxil olan şikayətlər dərhal baxılaraq hakimiyyət ilə sıx əlaqədə həll olunur”, - rusiyalı Ombudsman bildirib.
Rusiya və Azərbaycan Ombudsmanları koronavirusla mübarizədə beynəlxalq əlaqənin əhəmiyyətini vurğulayıblar.
“Söhbətin yekununda Tatyana Moskalkova Səbinə Əliyevanı insanhüquqlarının müdafiəsi fəaliyyətində təcrübə mübadiləsi üzrə Beynəlxalq Ombudsmanlar konfransında iştiraka dəvət edib”, - məlumatda vurğulanır. **
A.Əzizov