Koronavirus pandemiyası dövründə yükdaşımaları tükdilli ölkələr arasında iqtisadi münasibətlərdə böyük rol oynayır. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşır.
“Azərbaycan tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görmüşdür. Qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində ölkələrimiz arasında beynəlxalq yükdaşımaları fasiləsiz olaraq həyata keçirilir”, - Əliyev cümə günü Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşündə bildirib.
Əliyev qeyd edib ki, “koronavirusun mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin ilk rübündə türkdilli ölkələrdən 180 min tondan artıq yük Azərbaycan vasitəsilə daşınmışdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 min ton çoxdur”.
Türk Şurası 2009-cu ildə yaradılıb. Hazırda Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyə TDƏŞ-in üzvləri, Macarıstan - müşahidəçidir. **
Ə.Məmmədov