Nazirlər Kabineti ölkənin qərb və cənub regionlarında, həmçinin Bakı şəhəri və Abşeron yarımadasında icbari tibbi sığorta sisteminin tətbiqini təxirə salmağı qərar alıb.
Qərara əsasən, 2020-ci ilin üçüncü rübündə ölkənin qərb və cənub regionlarında İTS-nin planlaşdırılan tətbiqi 2021-ci ilin yanvar ayına keçirilib.
Bakı şəhəri və Abşeron yarımadasında icbari tibbi sığorta sisteminin tətbiqin 2021-ci ilin aprel ayına təxirə salınıb.
Xəbər verildiyi kimi, 2020-ci ildə icbari tibbi sığorta sisteminin Azərbaycan ərazisində tam tətbiqi planlaşdırılırdı. Tətbiq 4 mərhəldə həyata keçiriləcəkdi. Hər bir mərhələ bu ilin müvafiq rübündə reallaşdırılacaqdı. İcbari tibbi sığorta I mərhələdə şimal hissəsi üzrə 20 rayonda tam tətbiq olunub. **
Ə.Məmmədov