Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub. Bu barədə“İnterfaks-Azərbaycan”a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilir.
“Məmmədyarov və Lavrov cari vəziyyəti və koronavirusun yayılmasına qarşı mübarizə ilə bağlı hər iki dövlətin həyata keçirdiyi tədbirləri müzakirə ediblər”, - XİN-dən vurğulanıb.
Həmçinin, nazirlər gələn həftə ikitərəfli əməkdaşlıq məsələlərinin daha geniş müzakirəsini aparmağı razılaşdırıblar. **
Ə.Məmmədov