Аzərbaycanda daha 67 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilir.
“Bu gün Azərbaycanda daha 67 nəfərdə COVID-19 infeksiyasına yoluxma faktı qeydə alınıb. Onlardan 1 nəfər vəfat edib. Bu, anamnezində ürək ritminin pozulması, ürəyin işemik xəstəliyi, postinfarkt kardioskleroz olduğu göstərilən 1935-ci il təvəllüdlü vətəndaşdır”, - məlumatda deyilir.
Bundan başqa, məlumata görə, ötən sutka ərzində 41 nəfər müalicə nəticəsində sağalaraq evə buraxılıb.
Beləliklə, ümumilikdə 1058 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 200 nəfəri müalicə olunaraq sağalıb, 11 nəfər vəfat edib. 2840 nəfər karantin zonalarına yerləşdirilib.
“Hazırda 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir», - Qərargahdan qeyd olunur. **
B.Rüstəmbəyov