Bazar günü Bakı vaxtı ilə saat 20.00-da OPEC və OPEC+ ölkələrinin nazirləri online formatda növbəti iclas keçirəcəklər. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri, energetika nazirinin müşaviri Zəminə Əliyeva deyib.
“Görüş OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 9-cu iclasından irəli gələn məsələlər üzrə məsləhətləşmələr çərçivəsində keçiriləcək. Müzakirələrdə Azərbaycanıenergetika naziri Pərviz Şahbazovtəmsil edəcək”, - Əliyeva bildirib. **
N.Abbasova