Azərbaycanda gün ərzində daha 40 nəfərdə COVİD-19 koronavirus aşkar olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilir.
“Bu gün Azərbaycanda daha 40 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Onlar hamısı xüsusi rejimli xəstəxanalara yerləşdirilib», - məlumatda qeyd olunur.
Bundan başqa, 50 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Beləliklə, ümumilikdə 1098 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 250 nəfər müalicə olunaraq sağalıb, 11 nəfər vəfat edib.
“Hazırda 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 37 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”, - Qərargahdan bildirilir. **
B.Rüstəmbəyov