Bazar günü axşama OPEC+ ölkələrinin iclası çağırılıb, məqsəd neft hasilatının azalması üzrə sazişin təsdiq olunmasıdır. Bu barədə vəziyyətlə tanış mənbə “İnterfaks”a məlumat verib.
Digər mənbə bildirir ki, Meksika bu sazişə hələlik razılıq verməyib, üçüncü mənbənin sözlərinə görə, Meksika OPEC+ ölkələrinin təklifinə razılaşmaya bilməz.
Bazar günü Bakı vaxtı ilə saat 20.00-da OPEC və OPEC+ ölkələrinin nazirləri online formatda növbəti iclas keçirəcəklər. Bunu "İnterfaks-Azərbaycan" agentliyinə Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri, energetika nazirinin müşaviri Zəminə Əliyeva deyib. **