2020-ci ilin may-iyun aylarında Meksika neft hasilatını gündəlik 100 min barrel azaldacaq. Bunu Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri, energetika nazirinin müşaviri Zəminə Əliyeva deyib.
“Aprelin 12-də keçirilən videokonfrans zamanı OPEC+ ölkələrinin nazirləri “Əməkdaşlıq Bəyannamə”sini təsdiq ediblər. O cümlədən, nazirlər Meksikanın may-iyun aylarında neft hasilatını gündəlik 100 min barrel azaltmasına dair təklifinə baxaraq qəbul ediblər. Bundan başqa, bu gün aparılan müzakirələrin yekunlarına dair Meksikanın aprelin 9-da nazirlərin iclasında təklif edilmiş kvotaları qəbul edəcəyi təqdirdə razılaşmanın 2020-ci il mayın 1-dən qüvvədə olacağı şərti “Əməkdaşlıq Bəyannaməsi”ndən çıxarılıb”, - Əliyeva bildirib.
İlkin olaraq, 2020-ci ilin may-iyun aylarında Meksikanın hasilatı gündəlik 400 min barrel azaldacağı planlaşdırılırdı. “ABŞ Meksikanın əvəzinə hasilatı əlavə olaraq gündəlik daha 300 min barrel azaldacaq”, - Əliyeva əlavə edib. **
N.Abbasova