Naxçıvan Muxtar Respublikasında 71 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə Naxçıvan Səhiyyə Nazirliyinin məlumatında deyilir.
“Bu günə qədər 880 şübhəli şəxsdə test yoxlamaları aparılıb. Təkrar test yoxlamalarının nəticələrinə əsasən 71 nəfərdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. 1 nəfər sağalaraq evə buraxılıb, 1 nəfər isə vəfat edib. Virus aşkarlanan digər 69 nəfərin müalicəsi davam etdirilir”, - deyə məlumatda bildirilir.
Naxçıvanda 1915 nəfər karantindədir.*
B.Rüstəmbəyov