Prezident İlham Əliyev Oğuz rayonunda 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə dövlət büdcəsindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə 700 min manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Məqsəd Oğuz rayonunun əhalisi 12736 nəfər olan 9 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsindən ibarətdir.
Vəsait 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.
Müvafiq sərəncam bu gün imzalanıb və dövlət başçısının saytında dərc olunub.*
B.Rüstəmbəyov