2019-cu ildə Azərbaycanın milli ödəniş sistemi (MÖS) vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 259 milyard manat, əməliyyatların sayı 57 milyon təşkil edib.
Hökumətin 2019-cu ilə dair hesabatına əsasən, hesabat ilində milli ödəniş sistemi vasitəsilə aparılan əməliyyatların həcmi ÜDM-nin nominal həcmindən 3,2 dəfə çox olub.
“2019-cu ildə banklar milli ödəniş sistemi vasitəsilə həyata keçirilən əməliyyatların həcmini 2018-ci illə müqayisədə 8% - 143 milyard manatadək, əməliyyatların sayını 62% - 56 milyonadək artırıb”, - deyə hesabatda qeyd olunur.*
A.Əzizov