Azərbaycan Respublikasında 50 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
“Bu gün Azərbaycanda 50 nəfər koronavirusa yoluxub. Onlar xüsusi rejimli xəstəxanalara yerləşdiriliblər”, - deyə məlumatda bildirilir.
Beləliklə, koronavirusa yoluxanların ümumi sayı 1148 nəfərə çatıb.
Koronavirus infeksiyasına yoluxmuş 1 nəfər vəfat edib və bununla da ölənlərin ümumi sayı 12 nəfərə çatıb.
Məlumata görə, 39 nəfər müalicə olunaraq sağalıb. Sağalanların ümumi sayı 289 nəfərə çatıb.
“Hazırda 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 25 nəfərin vəziyyəti ağır, 30 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”, - deyə məlumatda qeyd olunur.
Bundan başqa, 2,373 min nəfər karantin zonalarına yerləşdirilib.*
B.Rüstəmbəyov