Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında bu gün baş tutan telefon danışığı zamanı əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə olunub.
“Nazirlər hər iki ölkənin COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinə dair fikir mübadiləsi həyata keçiriblər. Onlar, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə, o cümlədən münaqişənin həlli istiqamətində atıla biləcək addımları müzakirə ediblər”, - deyə Azərbaycan XİN-in məlumatında bildirilir.
Mövcud vəziyyətdə iki ölkə sərhədində olan vəziyyət müzakirə olunub və tərəflər vurğulayıblar ki, müvəqqəti olaraq sərhədlərin bağlanılması hər hansı bir şəkildə iki ölkə arasında, eyni zamanda, digər ölkələrə münasibətdə beynəlxalq yükdaşımalarına təsir göstərməyəcək.
“Nazirlər COVID-19 pandemiyası ilə bağlı vəziyyət aradan qaldırıldıqdan sonra məsləhətləşmələri davam etdirməyi razılaşdırıblar”, - deyə məlumatda vurğulanır.*
X.Nəsirzadə