Baş nazir Əli Əsədov əhali qrupu üzrə elektrik enerjisindən güzəştli istifadə limitinin 300 KVt/saatdan 400 KVt/saata qədər artırılmasını nəzərdə tutan qərar imzalayıb.
Nazirlər Kabinetinin saytında dərc olunmuş qərara görə, bu güzəştlər 2020-ci ilin aprel-may aylarında qüvvədə olacaq.
Məqsəd koronavirus pandemiyası şəraitində əhalinin müdafiəsinin təmin edilməsindən ibarətdir.
Elektrik enerjisindən güzəştli istifadə limitinin artırılması ilə əlaqədar “Azərişıq” ASC dövlət büdcəsindən 10 milyon manat ($5,88 milyon) alacaq.*
X.Nəsirzadə