2019-cu ildə Azərbaycanda avtomobil yollarının saxlanması və inkişafına 1 mlrd. 845,7 mln. manat investisiya qoyulub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
2018-ci ildə Azərbaycanın yol sektorunun inkişafına 1 mlrd. 710,8 mln. manat yönəldilib. Beləliklə, 2019-cu ildə bu məqsədlər üçün ayrılmış investisiyaların həcmi 7,9% artıb.
Hökumətin materiallarına əsasən, 2019-cu ildə "Avtomobil yolları" Məqsədli Büdcə Fondunun vəsaitindən Bakıda ümumi istifadədə olan yolların və avtomobil yollarının təmiri saxlanılmasına 322 mln. manat yönəldilib, daxili dövlət investisiyalar 902 mln. manat, Ehtiyat Fondundan – 103,8 milyon manat, kreditlər – 414,3 mln. manat, kreditlər çərçivəsində Azərbaycan hökumətinin payı – 103,7 mln. manat təşkil edib.
2019-cu ildə ölkədə 1 min 376,6 km uzunluğunda avtomobil yolları yenidən qurulub, o cümlədən 139,8 km uzunluğunda respublika əhəmiyyətli, 908,8 km uzunluğunda yerli əhəmiyyətli yollar təmir edilib. Bakıda 328 km uzunluğunda yollarda yenidənqurma işləri aparılıb.
Bundan əlavə, hesabat ili ərzində 14 körpü, 13 piyada keçidi, 17 körpü təmir edilib. **
N.Abbasova