2019-cu ildə Azərbaycanın turistlərin yerləşdirilməsi və iaşə sahəsində yaranmış əlavə dəyərin həcmi1 milyard 976,7 ilyon manat ($1 milyard 163 milyon – İF) və ya ÜDM-in 2,4%-i təşkil edib. Bu barədə “İntrerfaks-Azərbaycan”a hökumətdən məlumat verilib.
2018-ci ildə turistlərin yerləşdirilməsi və iaşə sahəsində yaranmış əlavə dəyərin həcmi 1 milyard 834,2 milyon manat təşkil eib. Beləliklə, 2019-cu il ərzində bu göstərici 7,8% artıb.
Ötən il turistlərin yerləşdirilməsi və iaşə xətti ilə əsas kapitala investisiyalar 59,3 milyon manat təşkil edib, bu da 2018-ci ilin göstəricisindən 65,1% azdır. Bütün investisiyalar daxili mənbələr hesabına formalaşılb.
Ümumlikdə, son 5 il əzrində (2015-2019-cu illərdə) bu istiqamət üzrə əsas kapitala investisiyalar 974 milyon manat təşkil edib. **
Ə.Məmmədov