“Kapital Bank” 2020-ci ilinm birinci rübündə aktivlərini 6,5% - 4 mlrd. 412,658 mln. manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
31 mart 2020-ci il tarixinə bankın kredit portfeli 2 mlrd. 42,072 mln. manata (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə artım 12,1% - İF) bərabərdir. Eyni zamanda, birinci rübdə “Kapital Bank”ın istehlak kreitləşməsi üzrə portfeli 1,1% - 1 milyard 349,199 milyon manatdək, biznes kreditlər üzrə portefli 46,:% - 635,981 milyon manatadək artıb.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 3 mlrd. 912,41 mln. manat (artım 5,2%) təşkil edir.
2020-ci il aprelin əvvəlinə bankın depozit portfeli 3 mlrd. 308,278 mln. manata (artım 2,2%), həmçinin fiziki şəxslərin əmanətləri 979,176 milyon manata bərabərdir (azalma 0,6%).
Martın 31-nə bankın məcmu kapitalı 500,248 mln. manat (artım 17,7%), nizamnamə kapitalı 225,85 mln. manat (dəyişməyib) təşkil edir.
Hesabat dövründə “Kapital Bank”ın xalis mənfəəti 74,893 mln. manat (2019-cu ilin müvafiq dövrü ilə müqayisədə artım 57,3%) təşkil edib.
“Kapital Bank” Azərbaycanda 140 ildən çoxdur fəaliyyət göstərir və hazırda aparıcı bankların beşliyinə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (99,87%) və fiziki şəxslərdir (0,13%).**
Ə.Məmmədov