14 aprel tarixinə Azərbaycanda dövlət dəstəyi üçün müraciət edən koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş vergi ödəyicilərinin sayı 27.416 min təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan”a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Xüsusilə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi layihəsi çərçivəsində müraciət etmiş 10.914 vergi ödəyicisində çalışan muzdlu işçilərin sayı 124.510 nəfərdir. (təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 33,78 mln. manatdır). Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 16.502 vergi ödəyicisindən müraciət daxil olub (təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 15,48 mln. manat təşkil edir)”, - nazirlikdən qeyd olunur.
Aprelin 14-nə 2.636 vergi ödəyicisinə 5 milyon 317,7 min manat, 3 milyon 530,9 min manat vəsaitin 3.041 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.
Xəbər verildiyi kimi, pandemiyadan ən çox zərər çəkmiş şirkətlərdə çalışan 304 min işçinin əməkhaqqının ödənilməsi üçün dövlət büdcəsindən 215 milyon manat ayrılacaq.
Bundan başqa, 300 minə yaxın mikrobiznes subyektinə 80 milyon manat ödəniləcək. Ödənişlərin məbləği 250 manatdan 5 min manata qədər təşkil edəcək.**
Ə.Məmmədov