Azərbaycan prezidenti İlham Əliyev xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsindəiştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında
sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Sərəncama əsasən, xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsinə cəlb edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrində və tabeliyindəki sosial xidmət müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşına bir misli miqdarında müddətli əlavə olunacaq.
Çərşənbə axşamı dövlət başçısının saytında dərc olunan sərəncamın məqsədi çətin vəziyyətdə olan şəxslərə və tənha yaşayan 65 yaşdan yuxarı vətəndaşlara sosial xidmətlər göstərilməsinin səmərəli təşkilidir. **
B.Rüstəmbəyov