"AzerGold” QSC beynəlxalq uçuşların dayandırılması səbəbindən qızıl ixracını dayandırıb, çarterlərin təşkili imkanlarını nəzərdən kçeirir. Bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri ArizTarverdiyev məlumat verib.
“Əlvan metalların daşınmasında ixtisaslaşan beynəlxalq logistika şirkəti koronavirus pandemiyası səbəbindən müntəzəm avaireyslərin dayandırılması ilə əlaqədar “AzerGold”a müvafiq xidmətlər göstərə bilmir. Eyni zamanda, ixracın dayandırılmasına baxmayaraq, “AzerGold” tam rejimdə hasilatı davam etdirir və 2020-ci ilin əvvəlindən artıq 16,7 min unsiya qızıl və 36,7 min unsiya gümüş hasil edib”, - Tarverdiyev jurnalistlərə bildirib.
Onun sözlərinə görə, aviareyslərlə bağlı formalaşan vəziyyət davam edərsə, “AzerGold” qızılın xaricə alternativ çatdırılması imkanlarını nəzərdən keçirəcək.
“Ümid edirik ki, bu problem yaxın zamanda öz həllini tapacaq. Əks halda “AzerGold” alternativ çatdırılmaların gəyata kçeirilməsi imkanı üçün dövlətə müraciət edəcək. Bu, çarter reyslərin təşkilini nəzərdə tutur, bu da hazırda kifayət qədər məxaric və əlavə beş-altı mislində əlavə xərc tələb edir”, - o qeyd edib.
2019-cu ildə “AzerGold» 55,2 min unsiya qızıl və 103 min unsiya gümüş hasil edib.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Çovdar filiz emalı sahəsi Daşkəsən rayonunun şimal hissəsində yerləşən, məxsusi və kompleks qızıl yataqları olan bir sahədir. Sahədə Çovdar qızıl yatağı daxil olmaqla, 30 məxsusi qızıl, 20 az sulfidli mis-qızıl, 50 mis-polimetal təzahür və minerallaşma nöqtələri məlumdur. **
N.Abbasova