Çərşənbə axşamı İlham Əliyev hökumət üzvləri ilə videokonfrans keçirib, müşavirədə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunları müzakirə olunub.
“Prezident Əliyev müşavirədə Azərbaycanda həyata keçirilən islahatlardan söz açıb. Həmçinin, prezident bəyan edib ki, Azərbaycanda koronavirusla bağlı vəziyyət nəzarət altında saxlanılır”, - dövlət başçısının saytındakı məlumatda qeyd olunur.
O cümlədən, Əliyev iqtisadi vəziyyətə pandemiyanın təsiri ilə əlaqədar hökumətə bir sıra tapşırıqlar verib.
O əlavə edib ki, 2020-ci ildə bütün sahələrdə islahatların dərinləşdirilməsi planlaşdırılır.
Müşavirədə maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, kənd təsərrüfatı naziri İnam Kərimov məruzə ediblər. **
A.Əzizov