Beynəlxalq Valyuta Fondu COVİD-19 koronavirusun yayılması şəraitində 2020-ci ildə Azərbaycan iqtisadiyyatında 2,2% səviyyəsində azalma proqnozlaşdırır. Bu barədə Fondun dərc etdiyi World Economic Outlook dünya iqtisadiyyatı icmalının aprel sayında qeyd olunur.
2019-cu ilin oktyabr ayında BVF cari il Azərbaycanda ÜDM-in 2,1% səviyyəsində proqnozlaşdırıb.
Fondun qiymətləndirmələrinə görə, 2021-ci ildə Azərbaycan ÜDM-in 0,7% artacaq.
BVF-nin proqnozlarına görə, 2020-ci ildə Azərbaycanda inflyasiya illik 3,3% təşkil edəcək, 2021-ci ildə - 3,2%-dək azalacaq.Ötən ilin oktyabr ayında BVF 2020-ci il üçün inflyasiyanı 3% səviyyəsində proqnozlaşdırıb.
2020-ci ildə BVF Azərbaycanın tədiyə balansının kəsirini ÜDM-in 8,2% səviyyəsində proqnozlaşdırır (oktyabr proqnozu – ÜDM-in 10% həcmində profisiti), 2021-ci ildə kəsir ÜDM-in 3,7%-dək azalacaq.
2020-2021-ci illərdə Azərbaycanda işsizlik səviyyəsi 5% səviyyəsində qalacaq.
Azərbaycan hökuməti 2020-ci ildə ÜDM-nin artımını 3% səviyyəsində proqnozlaşdırır. Bununla belə, hökumət koronavirus pandemiyası və neftin ucuzlaşması nəzərə alınmaqla ÜDM-nin templəri ilə bağlı yeni proqnozu hələ dərc etməyib.
2019-cu ildə Azərbaycanda ÜDM 2,2% artıb.**
Ə.Məmədov