2020-ci ilin birinci rübündə SOCAR şirkəti 5 milyon 390,065 min ton neft (neft müqavilələri çərçivəsində mənfəət nefti nəzərə alınmaqla) və 3 milyard 536,763 milyon kubmetr qaz ixrac edib. Bu barədə “İnterfaks-Azərvaycan”a şirkətdən məlumat verilir.
Xəbər verildiyi kimi, 2019-cu ilin yanvar-mart aylarında SOCAR 5,79 milyon ton neft və 3,161 milyard kubmetr qaz ixrac edib. Beləliklə, hesabat ilində şirkət neft ixracını 6,9% azaldıb, qaz ixracını 11,8% artırıb.
Bundan əlavə, 2020-ci ilin yanvar-mart aylarında SOCAR 533,613 min ton neft emalı və neft-kimya məhsulları ixrac edib (artım 16,9% - İF). **
N.Abbasova