Neftin qiymətinin aşağı olmasından Azərbaycanın itkiləri $1 milyarda qədər təşkil edə bilər. Azərbaycan prezidenti İlham Əliyev belə hesab edir.
“Əgər neftin qiyməti lazımi səviyyəyə qalxmasa, onda biz əlavə itkilərə məruz qalacağıq. Biz bunu bilməliyik ki, bu itkilər təqribən 700 milyon, bəlkə də 1 milyard dollar ətrafında ola bilər”, - Əliyev çərşənbə axşamı 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə bildirib.
O qeyd edib ki, OPEC və qeyri-OPEC ölkələrinin razılaşmasının yekunları üzrə çox nadir əməkdaşlıq formatı yaranıb və bu format hər bir ölkənin üzərinə əlavə öhdəlik qoyur, o cümlədən Azərbaycanın.
“Bildirmək istəyirəm ki, Azərbaycan həmişə OPEC+ çərçivəsində çox fəal rol oynamışdır. Onu da xatırlatmaq istəyirəm ki, OPEC+ formatının ideyasını ilk dəfə Davos Ümumdünya İqtisadi Forumunun panel müzakirəsində mən vermişdim. Hətta bu gün OPEC-in baş katibi bunu qeyd edir. İndi artıq nəinki OPEC+ və neft hasil edən bütün ölkələr razılığa gəlib. Hesab edirəm ki, bu, çox nadir əməkdaşlıq formatıdır və bu format hər bir ölkənin üzərinə əlavə öhdəlik qoyur, o cümlədən Azərbaycanın. Bu razılaşmaya görə bizim neft hasilatımız bu il ixtisar ediləcək”, - Əliyev vurğulayılb.
Həmçinin, dövlət başçısı qeyd edib ki, əgər neftin qiyməti bərpa olunmasa, bizi əlavə itkilər gözləyir və təbii olaraq bizim valyuta ehtiyatlarımız azalacaq.Birinci rübdə, yanvarın 1-nə nisbətdə artıq valyuta ehtiyatlarımız azalıb. Bu, təbiidir və belə olan halda bir daha demək istəyirəm ki, xərclərə böyük diqqətlə baxmalıyıq.Dövlət investisiya xərcləri əsas iki məqsədi güdməlidir. Məşğulluğu təmin etmək, çünki biz investisiya xərclərimizi kəskin ixtisar edə bilmərik. Bizim investisiya proqramımıza baxarkən iki əsas amili nəzərə alın. Məşğulluq və bu layihələrin iqtisadiyyatın real sektoruna olan təsiri», - Əliyev əlavə edib.
Mərkəzi Bankın İdarə Heyətinin sədriElman Rüstəmov çıxışı zamanı bildirib ki, OPEC+ danışıqlarının uğurla nəticələnməsi həm Azərbaycanın ticarət və tədiyə balansı üçün və bütövlükdə ilin sonuna valyuta ehtiyatlarının proqnozlaşdırılması üçün yaxşı xəbərdir.
“Lakin bilirsiniz ki, dünyada iqtisadi tələbatın aşağı düşməsi, bütövlükdə iqtisadiyyatda olan tələbat imkan vermir ki, neftin qiyməti kəskin qalxsın. Amma düşünürük ki, biz ilin sonuna qədər valyuta bazarında sabitlik yarada biləcəyik”, - Rüstəmov bildirib. **
N.Abbasova