2020-ci ilin I rübündə Azərbaycan daxilində qazın istehlak səviyyəsi 4 milyard 136,7 milyon kubmetr təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
“2020-ci ilin yanvar-mart aylarında ölkə daxilində qazın faktiki istehlak səviyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 7% artıb. Qaz istehlakının artımı əsasən əhali kateqoriyasında birbaşa istehlak səviyyəsinin yüksəlməsi və qaz-kimya sənayesinin inkişafı hesabına olub”, - deyə məlumatda bildirilir.
2020-ci ilin ilk üç ayında SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 1 milyon 542,190 ton neft məhsulu istehsal olunub. Qaz Emalı Zavodunda isə həmin dövr ərzində 1 milyard 124,71 milyon kubmetr qaz emal edilib. Həmçinin “Azərikimya” İstehsalat Birliyinin müəssisələrində 166,607 min ton neft-kimya məhsulu istehsal edilib.
Bundan başqa, şirkət cari ilin I rübündə 93,562 min ton metanol və 42,996 min ton karbamid ixrac edib.*
N.Abbasova