2020-ci ilin yanvar-mart aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $1 milyard 569 milyon 795,66 min təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 16,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar-mart aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $6 milyard 843 milyon 734,36 min (2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə azalma 10,2% - İF) təşkil edib. Hesabat dövründə ixracın həcmi $4 milyard 206 milyon 765,01 min (azalma 6,2%), idxalın həcmi $2 milyard 636 milyon 969,35 min (azalma 15,9%) təşkil edib.
İxracın strukturunda 89,8% neft-qaz sektorunun, 13,55% ərzaq məhsullarının, 0,72% tütün və tütün məhsullarının, 3,23% əczaçılıq məhsullarının, 0,7% gübrələrin, 3,32% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,45% odun və agac məhsullarının, 2,23% geyim və geyim aksessuarlarının, 11,04% qara metal və ondan hazırlanan məmulatların, 22,12% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 15,79% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,77% mebelin, 24,08% digər məhsulların payına düşüb.
Yanvar-mart aylarında xarici ticarət əməliyyatlarında 5,26 min özəl və dövlət müəssisəsi və 14,501 min fiziki şəxs iştirak edib. Bu dövrdə Azərbaycan 153 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Yanvar-mart aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 43,46%-i), Türkiyə (8,33%), İsrail (6,03%), Yunanıstan (4,47%), Hindistan (4,03%), Çexiya (3,41%) və Rusiya (3,33%), əsas idxal əməliyyatlarını isə Rusiya (16,45%), Türkiyə (14,78%), Çin (13,39%), ABŞ (10,69%), Almaniya (5,22%), İtaliya (4,53%), Ukrayna (3,85%), İran (2,97%) və Böyük Britaniya (2,23%) ilə həyata keçirib.*
Ə.Məmmədov