2020-ci ilin yanvar-mart aylarında Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 10,6 milyard manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 0,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-mart aylarında sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 23% artıb.
Bu dövrdə sənaye məhsulunun 65,5%-i mədənçıxarma sektorunda, 28,4%-i emal sektorunda, 5,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Yanvar-mart aylarında emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 7,3 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 3,9 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 2,1 dəfə, içkilərin istehsalı 2,1 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 66,7%, əczaçılıq məhsullarının istehsalı 36,7%, ağacın emalı və ağacdan məmulatların istehsalı 28%, tütün məmulatlarının istehsalı 28%, kimya sənayesi məhsullarının istehsalı 25,7%, rezin və plastik kütlə məmulatlarının istehsalı 25%, poliqrafiya məhsullarının istehsalı 20%, kağız və karton istehsalı 20,2%, elektrik avadanlıqlarının istehsalı 18,3%, mebel istehsalı 14,1%, toxuculuq sənayesi məhsullarının istehsalı 10,5%, geyim istehsalı 10%, neft məhsullarının istehsalı 9,6%, qida məhsullarının istehsalı 5,3%, hazır metal məmulatlarının istehsalı 2,7% artıb.
Hesabat dövründə tikinti materiallarının istehsalı 14,8%, maşın və avadanlıqların istehsalı 16%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 20,7%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 60,7% azalıb.
2020-ci ilin yanvar-mart aylarında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 17,1%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,2% artıb.
2019-cu ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 4,3% artıb.*
N.Abbasova