Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar karantin rejiminin uzadılmasına dair təkliflər hazırlanır. Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
“Hazırda COVID-19 pandemiyası ilə əlaqədar ölkədə karantin rejiminin uzadılmasına dair təkliflər hazırlanır. Biz karantin rejimindən mərhələli şəkildə çıxmalıyıq”, – deyə o, bu gün brifinqdə bildirib.
Qeyd edək ki, martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunub.
Ölkədə 1253 nəfər koronavirusa yoluxub, 13 nəfər vəfat edib, 404 nəfər isə sağalıb.*
B.Rüstəmbəyov