Aprelin 1-dən 16-dək Azərbaycanda avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 22 mindən artıq hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat verir.
“Aprelin 1-dən bu günədək avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 22,859 min hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib”, - İdarədən bildirilib.
Xəbər verildiyi kimi, martın 24-dən Azərbaycanda xüsusi karantin rejimi qüvvədədir. Bundan başqa, aprelin 5-dən ölkə üzrə avtonəqliyyat vasitələri və əhalinin hərəkətinin məhdudlaşdırılması rejimi tətbiq olunur.
Azərbaycanda koronavirusa yoluxanların ümumi sayı 1253 nəfər təşkil edir, 13 nəfər vəfat edib, 404 nəfər sağalıb. **
X.Nəsirzadə