İndiyədək Azərbaycanda COVİD-19 koronavirus səbəbindən tətbiq olunan karantin rejimi şəraitində dəstək almaq məqsədilə dövlətə müraciət edib. Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “KOB Dostu” departamentinin müdiri Elnur Əliyevdeyib.
“İndiyədək mikrobiznes subyektləri daxil olmaqla, 32 minə yaxın vergi ödəyicisi ərizə təqdim edib. Artıq 102 min muzdla işləyənlərin ərizəsi təsdiq olunub, onlara verilən kompensasiyaların məbləği 16,64 milyon manat təşkil edib. Vəsait artıq sahibkarların bank hesablarına köçürülüb. Eyni zamanda, qeyd etmək istərdim ki, onların arasında mikrobiznesin fərdi sahibkarları tərəfindən də ərizələr var: rəsmiləşdirilən ərizələrin sayı 15 minə yaxın təşkil edib”, - Əliyev hazırki şərait, həmçinin böhrandan sonra kiçik və orta sahibkarlığın dəstəyinə hərs olunan onlayn konfransda bildirib.
Əliyevin sözlərinə görə, ərizələr emal edilərək bu məlumatlar müntəzəm şəkildə yenilənir. O, həmçinin fərdi sahibkarlara və muzdla işləyənlərə xatırladıb ki, dəstək əldə etmək üçün www.e-taxes.gov.az elektron portalında qeydiyyat keçərək ərizə göndərmək lazımdır. Bununla da onlar dəstək proqramına çıxış əldə edəcəklər.
O cümlədən, Əliyev qeyd edib ki, ərizə qəbuluna cari il aprelin 9-dan başlanılıb.
“Bu dəstək proqramı 300 min muzdla işləyənlər üçün nəzərdə tutulur, həcmi 215 milyon manatdır. Mikrosahibkarlar üçün dəstəyin məbləği 80 milyon manat səviyyəsində müəyyən edilib. Onların sayı da 300 min nəfər civarında müəyyən olunub”, - departamentin müdiri bildirib. **
X.Nəsirzadə