Azərbaycanda vergi orqanlarının vəzifəli şəxslərinəməzuniyyətə çıxarkən bir aylıq vəzifə maaşı həcmində müavinətin ödənilməsi təklif olunur.
Bu, Milli Məclisin plenar iclasında müzakirə üçün təklif edilən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklərdə nəzərdə tutulur.
Bundan əlavə, dəyişikliklər Vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ayəlavə haqqin məbləğini müəyyən edir.
Əgər xidmətin müddəti 5 ilədək təşkil edirsə, vəzifə maaşının 5%-i məbləğində (hazırda əlavə haqqin məbləği 21 manat), 5 ildən 10 ilədək - vəzifə maaşının 10%-i məbləğində (hazırda 24 manat), 10 ildən 15 ilədək - vəzifə maaşının 20%-i məbləğində (27 manat), 15 ildən yuxarı - vəzifə maaşının 30%-i məbləğində (30 manatdan 60 manatadək) müəyyən etmək nəzərdə tutulur.
Dəyişikliklər qəbul ediləcəyi halda 2020-ci il yanvarın 1-dən tətbiq ediləcək. **
Ə.Məmmədov