2020-ci ilin birinci rübündə “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin aktivləri 3,7% - 8 mlrd. 890,952 mln. manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Cari ilin yanvar-mart aylarında bankın kredit portfeli 2,6% - 2 mlrd. 436,592 mln. manatadək artıb.
Hesabat rübünün sonuna bankın öhdəlikləri 7 mlrd. 478,831 mln. manata (azalma 5,1%- İF) bərabərdir.
Hesabat dövrünün sonuna ABB-nin depozitlərinin həcmi 5 mlrd. 348,093 mln. manat (azalma 5,1%) təşkil edib.
31 mart 2020-ci il tarixinə bankın kapitalı 1 mlrd. 402,831 min manat (artım 4,7%) təşkil edib. ASC-nin nizamnamə kapitalı 1 mlrd. 224,478 mln. manata (dəyişməyib) bərabərdir.
ABB 2020-ci ilin birinci rübünü 51 milyon 49,27 min manat alis mənfəətlə başa vurub (2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə azalma 60,8% - İF). Hesabat dövründə bankın fazi gəlirləri 105 milyon 772,44 min manat (azalma 2,7%), faiz xərcləri – 24 milyon 882,4 min manat (artım 6,3%) tə.kil edib. Ötən il bankın qeyri-faiz gəlirləri 33 milyon 245,42 min manat (artım 13,1%), qeyri-faiz xərcləri 38 milyon 505,83 min manat (artım 30,6%) təşkil edib.
ABB 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 91,4% təşkil edir. Bütövlükdə, kapitalda 95,27% pay dövlətə məxsusdur.**
Ə.Məmmədov