Moldova prezidenti İqor Dodon Azərbaycanın Kişineudakı səfiri Qüdsi Osmanovla işgüzar görüş keçirib.
“İkitərəfli münasibətlərə dair bir sıra məsələləri müzakirə etdik, bütün dünyaya toxunan pandemiya ətrafında fikir mübadiləsi apardıq”, - Dodon özünün Facebook səhifəsində yazıb.
Azərbaycanın səfiri qeyd edib ki, Moldova rəhbərlyinin fəaliyyətini diqqətlə izləyir, COVİD-19 virusu ilə mübarizədə hökumətin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib.
“Bu mənada cənab Osmanov məlumat verib ki, bu mürəkkəb dövrdə Azərbaycan diasporası Moldova Respublikasının prezidenti tərəfindən start verilən sosial layihələrin reallaşdırılmasında ölkə hakimiyyətinə dəstək olmağa hazırdır”, - Dodon vurğulayıb. **
A.Əzizov