"MİDA" MMC 13 milyon 545,213 min manat ümumi məbləğdə üç müqavilə imzalayıb.
www.tender.gov.az saytının məlumatına görə, İdeal TM MMC ilə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən yaşayış kompleksində ofisin təmirinə dair müqavilə imzalanıb. Müqavilənin dəyəri – 4 milyon 707,225 min manatdır.
ST Tech MMC ilə inşa olunan yaşayış komplekslərində video müşahidə sistemlərinin quraşdırılması və genişləndirilməsi və kompüter avadanlıqları və ehtiyat hissələri satınalınmasına dair iki müqavilə imzalanıb. Müqavilələrin dəyəri müvafiq olaraq – 4 milyon 120,112 min manat və 4 milyon 717,876 min manatdır. **
X.Nəsirzadə