550-ə yaxın Azərbaycan vətəndaşı Rusiyadan qayıtmaq üçün qeydiyyatdan keçib. Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Azərbaycan digər ölkələrdən vətəndaşlarının gətirilməsini davam edəcək. Bu proses, 200-400 nəfərlik mərhələli şəkildə həyata keçiriləcək. Onlar ilk növbədə xüsusi çarter reysləri ilə Azərbaycana gətiriləcəklər”, - Hacıyev bildriib.
Onun sözlərinə görə, son məlumatlara əsasən, son zamanlar koronavirus aşkarlanan şəxslərin 20%-i RF-dən qayıdan Azərbaycan vətəndaşlarıdır.
Hacıyev əlavə edib ki, may ayı ərzində Azərbaycan digər ölkələrlə beynəlxalq sərnişindaşımaları bərpa etməyi planlaşdırmır. Yalnız çarter reysləri həyata keçiriləcək.
O qeyd edib ki, 5 gün Azərbaycan Azərbaycan tərəfi hazırda Rusiyada olan vəvətənə qayıtmaq istəyən ölkə vətəndaşlarının qeydiyyatını aparacaq. “Bu proses xüsusi portal vasitəsilə həyata keçiriləcək. Biz Rusiyadan vətəndaşlarımızı yalnız çarter reysləri ilə deyil, həm də quru sərhəd vasitəsilə gətirəcəyik. Onların gəlişi qrafikə uyğun aparılacaq. Qayıdandan sonra onlar karantinə yerləşdiriləcəklər”, - Hacıyev vurğulayıb. **
A.Əzizov