Aprelin 9-dan etibarən Maliyyə Nazirliyi COVİD-19 koronavirusdan zərəçəkmiş sahibkarların hesablarına 46,915 milyon manat ümumi məbləğdə vəsait köçürülüb.
“İndiyədək 11,607 min vergi ödəyicinin hesabına muzdlu işçilərin əməkhaqqının ödənilməsi üçün28,21 milyon manat köçürülüb”, - nazirlikdən bildirilir.
Bundan başqa, 23,023 min fərdi (mikro) sahibkarən hesabına 18,705 milyon manatköçürülüb.
“Beləliklə, 34,63 min sahibkara 5 tranş vasitəsilə ümumilikdə 46,915 milyon manat vəsait köçürülüb”, - nazirlikdən vurğulanır.
Xəbər verildiyi kimi, pandemiyadan ən çox zərər çəkmiş şirkətlərdə çalışan 304 min işçinin əməkhaqqının ödənilməsi üçün dövlət büdcəsindən 215 milyon manat ayrılacaq.
Bundan başqa, 300 minə yaxın mikrobiznes subyektinə 80 milyon manat ödəniləcək. Ödənişlərin məbləği 250 manatdan 5 min manata qədər təşkil edəcək.**
Ə.Məmmədov