Milli Məclisin bu gün keçirilən plenar iclasında Daxili Nizamnaməyə ölkədə karantin rejimi dövründə plenar iclasların, komitə və komissiya iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsini nəzərdə tutan dəyişiklik III oxunuşda qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri xəbər verir.
Bu dəyişiklik 2020-ci il dekabrın 30-dək qüvvədə olacaq.
İclasların real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi təşəbbüsü 42 deputatın Milli Məclis sədrinə müraciəti əsasında irəli sürülə bilər.*
Ə.Məmmədov