Azərbaycan 2020-ci ilin yanvar-mart aylarında ərzaq məhsullarının idxalını 8,3% - $357 milyon 391,97 minədək azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Ərzaq idxalının strukturunda əsas həcm – 165 min 503,67 ton (azalma 2,5 dəfə) buğdanın ($36 milyon 180,45 min), 122 min 575,01 ton (artım 6,5%) meyvə-tərəvəz məhsullarının ($68 milyon 248,25 min), 11 min 15,48 ton (azalma 15,5%) ətin ($20 milyon 238,49 min), 34 min 215,66 ton (artım 3,4%) bitki və heyvan mənşəli yağların ($32 milyon 24,56 min) payına düşüb.
2020-ci ilin yanvar-mart aylarında Azərbaycana $19 milyon 750,57 min dəyərində 3 min 957,53 ton kərə yağı (artım 49,4%) idxal edilib.
Hesabat dövründə Azərbaycana bütün idxalın 13,55%-i ərzaq məhsullarının payına düşüb.*
N.Abbasova