2020-ci ilin I rübündə Azərbaycana $85 milyon 61,9 min dəyərində əczaçılıq məhsulları idxal olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“2020-ci ilin yanvar-mart aylarında Azərbaycana $85 milyon 61,9 min dəyərində 4 min 949,1 ton əczaçılıq məhsulları idxal olunub”, - deyə məlumatda bildirilir.
2019-cu ilin yanvar-mart aylarında Azərbaycana $56 milyon 114,48 min dəyərində 2 min 728,38 ton əczaçılıq məhsulları idxal olunub. Beləliklə, cari ilin I rübündə bu məhsulun ölkəyə idxal həcmi miqdar ifadəsində 1,8 dəfə, dəyər ifadəsində 51,6% artıb.
2019-cu ildə Azərbaycana $296 milyon 531,79 min dəyərində 16 min 526,55 ton əczaçılıq məhsulları idxal olunub.*
N.Abbasova