2020-ci ilin birinci rübündə "Bank Avrasiya" aktivlərini 4,9% - 162,049 milyon manatadək azaldıb. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə bankdan məlumat verilib.
31 mart 2020-cuiil tarixinə bankın kredit portfeli 108,336 milyon manat (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə azalma 0,8% - İF) təşkil edib. Həmçinin, istehlak kreditləri 8,398 milyon manat (artım 2,4 dəfə), biznes kreditləri – 60,172 milyon manat (azalma 4,7%) həcmində qiymətləndirilir.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 92,123 milyon manat (azalma 8,5%) təşkil edir.
Birinci rübün sonuna bankda depozitlər 45,096 milyon manata (azalma 16,2%), həmçinin əhalinin əmanətləri – 40,116 milyon manata (artım 2,9%) bərabərdir.
31 mart 2020-ci il tarixinə “Bank Avrasiya”nın kapitalı 69,926 milyon manat (artım 0,3%), nizamnamə kapitalı 50 milyon manat (dəyişməyib) məbləğində olub.
2020-ci ilin yanvar-mart aylarının yekunları üzrə bankın xalis mənfəəti 145,18 min manat (ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə artım 10 dəfə) təşkil edib.
“Bank Avrasiya” 2007-ci il noyabrın 28-də bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb.**
A.Əzizov