2020-ci ilin yanvar-fevral aylarında Azərbaycana 98,153 min ton buğda idxal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 60,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $21 milyon 543,6 min (azalma 61,1%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $4 milyon 798,7 min dəyərində (azalma 76,9%) 14,331 min ton şəkər xammalı və şəkər (azalma 74,3%), $21 milyon 529,5 min dəyərində (artım 20,5%) 24,665 min ton bitki yağı (artım 0,7%), $8 milyon 930,7 min dəyərində (artım 23,1 %) 2,329 min ton çay (artım 20,3 dəfə), $10 milyon 802,6 min dəyərində (artım 17,2%) 2,182 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (artım 21,4%) idxal edilib.
Bu dövrdə respublikaya $6 milyon 41,6 min dəyərində (artım 33,9%) 1,67 min ton iribuynuzlu heyvan əti (artım 7,2%), $5 milyon 493,1 min dəyərində (azalma 22,6%) 5,122 min ton quş əti və quş əti məhsulları (azalma 25,5%) idxal edilib.
Yanvar-fevral aylarında Azərbaycana $20 milyon 659,8 min dəyərində (artım 2%) 33,772 min ton meyvə (artım 9,2%), $2 milyon 241,7 min dəyərində (artım 17,8%) 4,135 min ton tərəvəz (artım 25,3%), $11 milyon 749,8 min dəyərində (artım 11%) 43,302 min ton kartof (artım 1,5%) idxal edilib.
Hesabat aylarında ölkədən $28 milyon 617,1 min dəyərində (artım 31,6%) 22,874 min ton tərəvəz (azalma 12,1%), $46 milyon 316,5 min dəyərində (azalma 13,5%) 39,355 min ton meyvə (azalma 24,5%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $2 milyon 52,3 min dəyərində (azalma 6,9%) 5,062 min ton şəkər (artım 3,8%), $1 milyon 921,8 min dəyərində (artım 2,2 dəfə) 2,496 min ton bitki yağı (artım 2,7 dəfə) ixrac edilib.
Cari ilin yanvar-fevral ayında Azərbaycan $1 milyon 847 min dəyərində (аrtım 35,8) 1,474 min ton meyvə və tərəvəz şirələri (artım 34,1%), $365,6 min dəyərində (azalma 57,4%) 19,2 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (azalma 73,1%), $1 milyon 865,1 min dəyərində (аrtım 1,9 dəfə) 1,212 min ton meyvə və tərəvəz konservləri (artım 1,8 dəfə), $1 milyon 258,4 min dəyərində (azalma 50,4%) 558 ton tütün (azalma 47,6%) ixrac edib.**
B.Rüstəmbəyov