“AzerGold” QSC Ağyoxuş-Mərəh sahəsində planlaşdırılan inzibati ərazinin hazırlanması, müvafiq konteynerlərin, köşkün təmin edilməsi və mədən sahəsinin hasarlanması işlərinin satın alınması məqsədilə podratçı seçir. Bu barədə QSC-dən məlumat verilir.
Seçim açıq tender üsulu ilə keçirilir. Tenderdə lazımi maliyyə və texniki imkanlara malikolam şirkətlər iştirak edə bilər.
Tenderdə iştirak haqqı – 500 manatdır.
Tender təklifləri 19 may saat 15:00-dək qəbul olunur. Tender proseduru 20 may saat 15:00-da baş tutacaq.
«AzerGold» QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov məlumat verib ki, 2021-ci ildə Daşkəsən rayonunda "Ağyoxuş" və "Mərəh" sahələrini istismara verməyi planlaşdırır. "Ağyoxuş" yatağının resurs potensialı 40 min unsiya qızıl hesablanıb.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.**
N.Abbasova